Haqqımızda

Onlayn İmtahanlar Mərkəzi

Son 10 illikdə Azərbaycanda demək olar həyatın bütün sahələrində İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafi geniş vüsət almışdır. Ölkəmizdə Elektron Hökümətin formalaşdırılması demək olar ki, bütün sahələrdə onlayn xidmətlərin tətbiqi ilə nəticələnmişdir.

İKT həmçinin Azərbaycan təhsilində də böyük miqyasda tətbiq olunmağa başlanmış, bütün növ təhsil müəssisələri kompüterləşmiş və internətlə təchiz olunmuşdur.

Kompüterləşmənin günü gündən genişlənməsi təhsildə əldə olunan bilik və bacarıqların qiymətləndirilməsi, ölçülməsində tətbiq olunan sınaq və imtahanlarda, həmçinin işə qəbul imtahanlarında da ənənəvi üsullarla olan sınaq və imtahanların tədricən öz yerini elektron imtahanlara verməsində müşahidə olunur.

ONLAYN İMTAHANLAR MƏRKƏZİ - imtahanlar.az saytı ənənəvi - kağız üzərində olan imtahan və sınaqlardan elektron imtahanlara keçid mərhələsində orta məktəb şagirdlərinə, Abituriyentlərə, Bakalavrlara və Müəllimlərə, Dövlət Qulluğuna hazırlaşanlara və s. bu işdə yardımçı olmaq məqsədi ilə formalaşdırılmışdır.

Ümid edirik ki, xidmətlərimizdən istifadə etməklə bu yolda bizimlə bir addım irəlidə olacaqsınız.

İmtahanlara keç →

imtahanlar.az saytında Azərbaycan və Rus bölməsi üzrə

  • Orta məktəblərdə/ liseylərdə təhsil alan 1,2,3,4,5,6,7,8 – ci sinif şagirdləri keçdikləri bütun fənlər üzrə öz biliklərini yoxlaya bilərlər;
  • 9 – 11 – ci sinif şagirdləri Buraxılış imtahanlarına hazırlaşmaq üçün elektron sınaq imtahanları ilə səviyyələrini yoxlaya bilərlər;
  • Ali Məktəblərə Qəbul imtahanlarına hazırlaşanlar ( Abituriyentlər ) 1,2,3,4,5 – ci ixtisas qrupları üzrə elektron sınaq imtahanları ilə hazırlıq səviyyələrini mütəmadi olaraq yoxlaya bilərlər;
  • Magistraturaya hazırlaşan Bakalavriatlar elektron/onlayn imtahanlar vasitəsi ilə hazırlıq səviyyələrini mütəmadi olaraq yoxlaya bilərlər;
  • Müəllimlər və ya müəllim olmaq istəyənlər elektron/ onlayn sınaq imtahanlarında iştirak edə bilərlər;
  • Dövlət Qulluğuna Qəbul olmaq istəyənlər öz bilik və bacarıqlarını, hazırlıq səviyyələrini yoxlaya bilərlər;
  • Müxtəlif xarici dillərə hazırlaşanlar dil üzrə bilik səviyyələrini ölçə bilərlər;
  • 1 – 8. siniflər Yay tapşırıqları həll edə bilərlər;
  • 5 – 11. siniflər bütün əsas fənlər üzrə keçirilən Respublika Olimpiadalarına hazırlıq üçün bilik və bacarıqlarını ölçə bilərlər;
  • Məntiq , İnformatika və Kurikuklum üzrə hazırlaşanlar bilik və bacarıqlarını yoxlaya bilərlər;
  • YÖS, SAT, Doktorantura, Rezidentura, Miqrasiya, Vergi, Gömrük, Vəkillik, Hakimlik, Notarius, Sürücülük və s. istiqamətlərə hazırlaşanlar bilik və bacarıqlarını yoxlaya bilərlər;
  • Uşaqlar, Böyüklər və doğru karyera seçimi etmək istəyənlər psixoloji testlər verə bilərlər.

www.imtahanlar.az saytında imtahan verməyin üstünlükləri

  • Artıq imtahana Giriş bileti almaq üçün uzaq məsafələrə getməyə, gediş - gəliş üçün yol pulu və zaman sərf etməyə gərək qalmır;
  • Artıq imtahanın keçirildiyi məkanı öncədən axtarıb tapmağa gərək qalmır;
  • Artıq istidə, soyuqda imtahana getmək üçün bir saat öncədən evdən çıxmağa gərək qalmır;
  • Artıq öncədən elan olunmuş gün və saatlarda keçirilən imtahanlarda iştirak etmək üçün təlaş keçirməyə, həyacanlanmağa gərək qalmır
  • Harda olursansa ol, əlinin altında internetə çıxışı olan komputer varsa www.imtahanlar.az saytına daxil olaraq bilik və bacarıqlarınızı yoxlaya bilərsiniz;
  • Artıq imtahan bitdikdən sonra nəticələri günlərlə həsrətlə gözləməyə də gərək qalmadı. İmtahan bitdikdən bir neçə saniyə sonra nəticə gözlərin önündə olacaq;
  • Sınaq saytda aktiv olduqdan sonra günün istənilən vaxtı sayta daxil olub imtahan vermək imkanı.

İNANIRIQ Kİ, SAYTIMIZ BİLİK VƏ BACARIQLARINIZIN YÜKSƏLMƏSİNDƏ , MÖVCUD OLAN ÇATIŞMAZLIQLARI ARADAN QALDIRMAQDA SİZİN ÜÇÜN ÇOX FAYDALI OLACAQDIR.

İmtahanlara keç →