Sual-cavab

Ən çox verilən suallar

Online İmtahanlar Mərkəzinin layihəsi olan imtahanlar.az saytı zamanın  tələbi olaraq təhsil sistemində yeni çağırışlara uyğun olaraq kağız daşıyıcılarla keçirilən ənənəvi imtahanlardan Online imtahanlara keçid mərhələsində imtahan verən hər kəsə kömək üçün hazırlanmışdır.

imtahanlar.az da Azərbaycan və Rus bölmələrində təhsil alanlar Azərbaycan bölməsində 85 kateqoriya üzrə, Rus bölməsində 88 kateqoriya üzrə online imtahanlar verə bilərlər.

  • imtahanlar.az da Azərbaycan və Rus bölmələri üçün online sınaq imtahanları,
  • Daima diqqət mərkəzində olmaq istəyən, onları axtaranların gözləri önündə olmaq istəyən Müəllim və Repititorlar üçün elanlar,
  • Daima diqqət mərkəzində olmaq istəyən, onları axtaranların gözləri önündə olmaq istəyən Kurs və Təhsil Mərkəzləri üçün Reklam və Elanlar,
  • Təhsil mərkəzlərində olan əhəmiyyətli kampaniya və endirim elanları,
  • Təhsil xəbərlər və s. mövcuddur.
imtahanlar.az da həm Azərbaycan, həm də Rus bölməsi üzrə :
  • Orta məktəblərdə/ liseylərdə təhsil alan 1,2,3,4,5,6,7,8 – ci sinif şagirdləri keçdikləri bütun fənlər üzrə öz biliklərini yoxlaya bilərlər;
  • 9 – 11 – ci sinif şagirdləri Buraxılış imtahanlarına hazırlaşmaq üçün elektron sınaq imtahanları ilə səviyyələrini yoxlaya bilərlər;
  • ​​​​​​​Ali Məktəblərə Qəbul imtahanlarına hazırlaşanlar ( Abituriyentlər ) 1,2,3,4,5 – ci ixtisas qrupları üzrə elektron sınaq imtahanları ilə hazırlıq səviyyələrini mütəmadi olaraq yoxlaya bilərlər;
  • Magistraturaya hazırlaşan Bakalavriatlar elektron/onlayn imtahanlar vasitəsi ilə hazırlıq səviyyələrini mütəmadi olaraq yoxlaya bilərlər;
  • Müəllimlər və ya müəllim olmaq istəyənlər elektron/ onlayn sınaq imtahanlarında iştirak edə bilərlər;
  • Dövlət Qulluğuna Qəbul olmaq istəyənlər öz bilik və bacarıqlarını, hazırlıq səviyyələrini yoxlaya bilərlər;
  • Müxtəlif xarici dillərə hazırlaşanlar dil üzrə bilik səviyyələrini ölçə bilərlər;
  • 1 – 8. siniflər Yay tapşırıqları həll edə bilərlər;
  • 5 – 11. siniflər bütün əsas fənlər üzrə keçirilən Respublika Olimpiadalarına hazırlıq üçün bilik və bacarıqlarını ölçə bilərlər;
  • Məntiq , İnformatika və Kurikuklum üzrə hazırlaşanlar bilik və bacarıqlarını yoxlaya bilərlər;
  • YÖS, SAT, Doktorantura, Rezidentura, Miqrasiya, Vergi, Gömrük, Vəkillik, Hakimlik, Notarius, Sürücülük və s. istiqamətlərə hazırlaşanlar bilik və bacarıqlarını yoxlaya bilərlər;
  • Uşaqlar, Böyüklər və doğru karyera seçimi etmək istəyənlər psixoloji testlər verə bilərlər.

imtahanlar.az da sınaq imtahanları əsasən ödənişli əsaslarla keçirilir, lakin ödənişsiz imtahanlar da mövcuddur.

imtahanlar.az saytı özəl təhsil təşkilatı olan Online İmtahanlar Mərkəzinin təsisçiliyi ilə təşkil edilmişdir.

Və imtahanlar.az saytında təşkil edilən bütün imtahanlarda tətbiq edilən qapalı testlər, açıq suallar, situasiya sualları, audio və video sualların müvafiq müəllimlər tərəfindən yazılması, sualların təkrar - təkrar yoxlanılıb  emal olunması, sualların elektronlaşdırılaraq  saytda istifadə üçün yerləşdirilməsi  böyük maliyyə xərcləri tələb etdiyi üçün sınaq imtahanları ödənişli əsaslarla keçirilir.

Əlavə olaraq imtahanlar.az da istifadə olunan sual və tapşırıqlar daha öncə heç yerdə istifadə olunmamış , sıfırdan Online İmtahan Mərkəzinin əməkdaşı olan Mütəxəssis müəllimlər tərəfindən tərtib edilmişdir.

Uduşlu imtahanlar - imtahan verənlərə stimul vermək, onların elmə , təhsilə marağını daha da artırmaq üçün Online İmtahanlar Mərkəzi tərəfindən təşkil edilən , uğurlu nəticələr göstərən imtahan istifadəçilərinə müxtəlif pul və hədiyyələr qazandəran imtahanlardır.

imtahanlar.az da aşağıdakı xidmətlər ödənişlidir :

  • Sınaq imtahanları,
  • Müəllim elanları,
  • Kurslara aid reklam və elanlar,
  • Kurslara aid endirimli kampaniya elanları.
 

imtahanlar.az saytında Reklam və Elanlar vermək üçün kiməsə müraciət etmək və ya harasa getməyə gərək yoxdur.

Saytda olan Elan və Reklam ver bölməsinə daxil olub müvafiq alt bölmə üzrə mövcud olan form doldurulur , saytda tələb olunan ölçüdə öncədən hazırlanmış elan və reklam vasitələri - ( stabil vəya hərəkətli şəkillər)  əlavə edilir,

Mövcud ödəniş vasitələrindən istifadəçiyə uyğun olanı seçilir və ödəniş həyata keçirilir,

Daha sonra Təsdiqlə düyməsi sıxılaraq Elan və ya Reklamlar saytın moderatoruna yoxlanış üçün göndərilir.

Göndərilən Elan və Reklamların saytın şərt və qaydalarına uyğunluğu yoxlanıldıqdan sonra Elan və Reklamlar imtahanlar.az saytında yayımlanılır.

Elan və Reklamlar verməkdə çətinlik çəkənlər saytın əlaqə vasitələrindən daha dəqiq dəstək ala bilərlər.

imtahanlar.az saytında ödəşlər üçün 4 əsas vasitə vardır :

1. Bank kartı ilə,

2. Portmanat kod

3. Portmanat hesab

4. Nağd və ya MilliÖn ilə

 

Ödəniş etməkdə çətinlik çəkənlər saytın əlaqə vasitələrindən daha dəqiq dəstək ala bilərlər.
imtahanlar.az saytının həm web, həm də mobil versiyalarında Reklamlar vermək mümkündür.
Web versiyada Ana səhifənin ən yuxarı hissəsində və səhifənin sağ, sol kənarlarında daima istifadəçilərin gözləri önündə olan, onların diqqətini cəlb edən reklamlar vermək mümkündür.
Mobil versiyada isə Ana səhifədə istifadəçilərin daima gözləri önündə olan reklamlar verilir.
Saytda yayımlanan reklam davamlı olaraq rotasiya olunaraq yeniləndiyi üçün heç bir reklam arxa plana keçmir.
İmtahanlar.az saytında yayımlanan reklamlar əsasən təhsillə bağlı olan insanların diqqətini çəkmək üçün çox önəmlidir.
imtahanlar.az da reklam yerləşdirməyin üstünlüklərindən biri də odur ki, sayt özü özünü reklam etdikcə saytda olan reklamlar da bir daha reklam olunur.
REKLAM YERLƏRİ VƏ ÜMUMƏN SAYTDA REKLAMLAR VERMƏK BARƏDƏ DAHA ƏTRAFLI MƏLUMAT ALMAQ ÜÇÜN SAYTIN ƏLAQƏ VASİTƏLƏRİNƏ MÜRACİƏT ETMƏK LAZIMDIR.

imtahanlar.az saytında Qeydiyyat tamamilə pulsuzdur.

                                    www.imtahanlar.az saytında imtahan verməyin üstünlükləri
  • Artıq imtahana Giriş bileti almaq üçün uzaq məsafələrə getməyə, gediş - gəliş üçün yol pulu və zaman sərf etməyə gərək qalmır;
  • Artıq imtahanın keçirildiyi məkanı öncədən axtarıb tapmağa gərək qalmır;
  • Artıq istidə, soyuqda imtahana getmək üçün bir saat öncədən evdən çıxmağa gərək qalmır;
  • Artıq öncədən elan olunmuş gün və saatlarda keçirilən imtahanlarda iştirak etmək üçün təlaş keçirməyə, həyacanlanmağa gərək qalmır
  • Harda olursansa ol, əlinin altında internetə çıxışı olan komputer vəya mobil cihaz varsa www.imtahanlar.az saytına daxil olaraq bilik və bacarıqlarınızı yoxlaya bilərsiniz;
  • Artıq imtahan bitdikdən sonra nəticələri günlərlə həsrətlə gözləməyə də gərək qalmadı. İmtahan bitdikdən bir neçə saniyə sonra nəticə gözlərin önündə olacaq;
  • Sınaq saytda aktiv olduqdan sonra günün istənilən vaxtı sayta daxil olub imtahan vermək imkanı.

Sualınıza cavabı tapmadınız?

Bizimlə əlaqə