UDUŞLU İMTAHANLAR ÜÇÜN TƏLİMAT

·Uduşlu imtahanlar Nədir?

“ Uduşlu imtahanlar ” iştirakçıların pul mükafatları qazanmaq üçün müxtəlif mövzulardan tərtib edilmiş - bir sıra əyləncəli, maraqlı suallara cavab verərək kiçik və ya böyük məbləğlərdə nağd pullar qazandığı – Bilik yarışlardır.

Yarışlar hər gün saat 21:00 – də https://imtahanlar.az/ saytında keçiriləcək.

Hər yarışmada 5 qalib olacaq.

 

·Bilik yarışlarında  necə iştirak etmək olar?

Addım 1 : İstənilən brauserdən https://imtahanlar.az/ saytına daxil oluruq,

Addım 2 : Daxil ol / Qeydiyyat – düyməsinə klik edirik, Qeydiyyat bölməsindəki formu

 “ AİLƏ YARIŞI ” statusunu seçərək doğru məlumatlarla doldurub təsdiqləyirik.

Addım 3 : Qeydiyyat zamanı istifadə etdiyimiz e-mail və şifrəni asan xatırlanacaq bir yerdə qeyd edirik.

Yarışmada iştirak etmək istədiyimiz günlərdə həmin e-mail və şifrədən istifadə edərək sayta daxil olmaq lazımdır.

Addım 4 : Sayta daxil olduqdan sonra Azərbaycan bölməsində - Uduşlu imtahanlar Altbölməsini seçirik və orda aktiv olan bilik yarışında öncədən ödəmə edərək aldığımız PROMOKODU daxil edərək yarışa başlayırıq. Ardıcıl olaraq imtahana bax / imtahanı al icra edilir, daha sonra PROMOKOD – kuponunuz varsa daxil edin pəncərəsinə yazılaraq təsdiqənilir. Təsdiqləmə icra edilən kimi yarış başlayır.

· Bilik yarışlarında iştirak üçün nə qədər ödənilir ?

Hər bir yarış üçün 2 manat dəyəri olan PROMOKOD alınmalıdır.

 

·PROMOKOD NƏDİR VƏ NECƏ ALINIR?

PROMOKOD – 1 uduşlu yarışda iştirak etmək üçün iştirakçıların balans artırmaq üçün istifadə etdikləri ŞİFRƏDİR.

PROMOKOD – hərf, işarə və ya rəqəmlərin kombinasiyasından ibarət olur

( Məsələn; 23fd67jk! )

1 PROMOKOD – dan yalnız 1 uduşlu yarışda istifadə etmək olar.

PROMOKOD -  u əldə etmək üçün eManat, MilliÖn , ExpressPay ödəmə terminallarından

Bank xidmətləri / Leobank –karta mədaxil seçilərək 6420 3668 rəqəmləri yazılır və 2 manat mədaxil edilir. ( Aparatdan çıxan qəbzin üzərinə iştirakçı öz ad, soyadını yazaraq @imtahanlar.az instagram səhifəsində direktə göndərərək PROMOKOD üçün müraciət edir.

Kartdan karta köçürmə etmək üçün 4098 5844 6420 3668 rəqəmləri yazılaraq 2 manat köçürülür. Köçürmədən sonra telefonun ekrarnında görünən transfer səhifəsini screen shot edərək @imtahanlar.az instagram səhifəsində direktə göndərərək PROMOKOD üçün müraciət edir.

QEYD : Promokodlar hər “ Uduşlu yarış ”olacaq gün axşam saat 20:00 – a kimi alınmalıdır.

Daha gec olunan müraciətlər qəbul edilmir.

 

·Qaliblər necə seçilir?

Hər bir yarışda iştirakçılara müxtəlif sahələrə aid mövzulardan təşkil edilmiş 12 sual təqdim edilir.

12 suala tam doğru cavab verən – 1 - ci yer,

11 suala doğru cavab verən – 2 – ci yer,

10 suala doğru cavab verən 3 – cü yer,

9 suala doğru cavab verən 4 - cü yer,

8 suala doğru cavab verən 5 - ci yer 

olaraq Qalib hesab edilir.

 

·Hər hansı 1 yer üzrə birdən çox qalib olarsa necə olacaq?

Bu halda həmin yer üçün nəzərdə tutulan uduş fondu qaliblər arasında bərabər şəkildə bölünəcək.

 

·Uduşlu bilik  yarışması nə zaman bitir və qaliblər nə zaman elan edilir?

Yarışlar hər gün axşam saat 21:00 – da başlayır. Hər bir iştirakçıya 12 sual təqdim edilir.

Hər bir sualın cavablanması üçün 10 saniyə ya 15 saniyə tələb olunur - ümumi olaraq isə bütün yarışmaya 180 saniyə vaxt verilir.

Qaliblərin şəffaf şəkildə müəyyən olunması və elan olunması üçün – Yarış bitər bitməz 12,11,10,9,8 suala doğru cavab vermiş iştirakçılar – İMTAHANI BİTİR düyməsini sixdiqdan sonra görünən nəticə səhifəsini “ Screen shot edərək”

Instagramda @imtahanlar.az səhifəsində “ direktə / inboxa ” göndərməlidirlər.

İştirakçılar Nəticə ilə yanaşı imtahanlar.az - da qeydiyyatdan keçdikləri e-maillərini də

göndərməlidirlər.

Nəticəni göndərməyənlər qalib hesab olunmayacaqlar.

Qaliblərin doğruluğu tam müəyyən edildikdən və təsdiqləndikdən sonra qaliblərlə geri əlaqə saxlanılıb ödənişlər həyata keçiriləcəkdir.

Ödənişlər 3 yolla həyata keçirilə bilər –

1) Nağd olaraq,

2) Qalibin debet kartına mədaxil edilərək,

3) Kartdan karta köçürmə edərək.

 

·İlk beş yerin sahibi olan Qaliblərin mükafatları necə təyin edilir?

Yarışlarda iştirak etmək üçün 1 iştirakçıdan 2 manat tələb edilir. Toplanan məbləğin tam

50 % - i uduş fonduna daxil edilir. Məsələn, yarışda 3000 nəfər iştirak edirsə 6000 manatın 5

0 % - i, yəni 3000 manatı uduş fonduna daxil edilir.

Uduş fondu 5 qalib arasında aşağıdakı kimi  bölünür. ( Nümunə olaraq göstərilib )

Birinci yer: uduş fondunun 30%-i , ( Misal olaraq 900 manat )

İkinci yer: uduş fondunun 25 %-i, ( Misal olaraq 750 manat )

Üçüncü yer: uduş fondunun 20%-i ( Misal olaraq 600 manat )

Dördüncü yer : uduş fondunun 15% - i ( Misal olaraq 450 manat )

Beşinci yer : uduş fondunun 10% - i ( Misal olaraq 300 manat )

İştirakçı sayı artdıqca UDUŞ MƏBLƏĞİ də yüksələcək.

 

·Necə əlaqə saxlamaq olar?

Imtahanlar.az olaraq hər zaman sizə kömək etməyə hazırıq.

Əlavə sual və ya köməyə ehtiyac olarsa instagramda @imtahanlar.az səhifəsində direktə

yaza bilərsiniz.

HƏR KƏSƏ UĞURLAR ARZULAYIRIQ!

 

 

Paylaş: